Rüfət Nadirlinin "Arena" layihəsi yenidən başladı - Bu dəfə həm TV, həm də radioda

Sportarena.az      19 Yanvar 2021 , 20:54

Futbol üzrə ən baxımlı verilişlərdən sayılan "Arena" yenidən start götürür.

 

Sportarena.az xəbər verir ki, veriliş vaxtilə tanınmış aparıcı Rüfət Nadirlinin təqdimatında İnterAz TV-də yayımlanırdı, amma sonradan layihənin işində fasilə yarandı. Həm aparıcı, həm də layihənin müəllifi olan Rüfət Nadirli "Arena"nı həmin televiziyada bərpa edib və veriliş fevralın əvvəlindən yayıma başlayacaq.

 

O,eyni adda radio verilişini də ərsəyə gətirib. 100.5 FM-də yayımlanan layihə həftəiçi 5 gün, saat 12:00-dan 13:00-a kimi dinləyicilərin görüşünə gəlir. Radio layihəsində də maraqlı mövzular üzrə qonaqlar dəvət olunur və müzakirələr aparılır, canlı yayımlanan verilişdə dinləyici fikirləri də yer alır. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin