Müharibədən qayıdan hakimi futbolçular belə qarşıladı - FOTO

02:54 22 Yanvar 2021

Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən “Səbail” – “Neftçi” (1:3) matçında maraqlı anlar yaşanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın baş hakimi, 44 günlük Vətən müharibəsində iştirak etmiş futbol hakimi Kamal Umudlu diqqətdən kənar qalmayıb.Belə ki, o, qarşılaşmadan öncə hər iki komandanın futbolçuları tərəfindən alqışlarla qarşılanıb. Matçın baş hakimi oyunun əvvəlində hər iki komandanın futbolçularının yaratdığı Zəfər dəhlizindən keçib. 



Digər xəbərlər

Xəbər xətti