Ronaldo və sevgilisi karantin qaydalarını pozdu

18:32 28 Yanvar 2021

“Yuventus”un portuqaliyalı ulduzu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigez karantin qaydalarını pozublar.

 

Sportarena.az xəbər verir ki, onlar Pyemont və Valle-Daosta arasında sərhədi keçərkən qaydalar çərçivəsindən çıxıblar. Cütlük Corcinanın 27 yaşını dağ xizəyi kurortunda qeyd edib.

 

Daha sonra onlar rəsmi şəkildə bağlı olan otelə gediblər. Doğum günündən görüntülər yayılsa da, sonrada video sosial şəbəkələrdən silinib. 


Digər xəbərlər

Xəbər xətti