"Yuventus" Ronaldonun müqaviləsini uzadır

18:24 4 Fevral 2021

"Yuventus" hücumçusu Kriştiano Ronaldonun müqaviləsini uzatmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, klub 35 yaşlı futbolçuya 2 illik müqavilə təklif etməyi planlaşdırır.Məlumatda portuqaliyalı ulduzun komandada xoşbəxt olduğu və təklifi qəbul edəcəyi qeyd edilib.

 

"Yuventus" Ronaldonu 2018-ci ilin yayında "Real"dan 117 milyon avro qarşılığında transfer edib. O, bu mövsüm keçirdiyi 23 oyunda 22 qol vurub, 3 məhsuldar ötürmə edib. 


Xəbər xətti