“Qarabağ” və “Sumqayıt” yarımfinalda - YENİLƏNİB

00:07 7 Fevral 2021

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, "Qəbələ" ilk oyunda 1:3 hesabı ilə uduzduğu "Qarabağ"ı qəbul edib. Qonaqlar 3:0 hesablı qləbə qazanıb.Günün digər qarşılaşmasında isə "Sumqayıt" evdə məğlub olduğu (0:1) "Səbail"in qonağı olub. Meydan sahibləri 1:2 hesabı ilə uduzub və mübarizəni dayandırıb.

 

"Qarabağ" və "Sumqayıt" yarımfinalda rəqib olacaqlar.

 

 

“Qəbələ” – “Qarabağ” - 0:3

Qol: Maksim Medvedev, 6, Patrik Andrade, 45+4, 48

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu,

 

“Səbail” – “Sumqayıt” - 1:2

Qollar: Əfran İsmayılov, 90+6 - Rəhim Sadıxov, 20 (pen.), Əli Qurbani, 23

Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASCO Arena”,


Digər xəbərlər

Xəbər xətti