Donald Gerye rəsmən Kipr klubunda

10:06 9 Fevral 2021

“Qarabağ”ın yolları ayırdığı Donald Geryenin Kiprin “Apollon” klubuna keçidi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Limassol təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Koronavirus pandemiyası ilə əlaqədar futbolçunun hazırda karantində olduğu bildirilib.

 

Qeyd edək ki, Gerye yeni klubunda 96 nömrəli forma ilə çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti