"Neftçi"də yeni hücumçu - RƏSMİ

Sportarena.az      10 Fevral 2021 , 00:26

"Neftçi” hücumçu transferini rəsmiləşdirib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, bolqarıstanlı futbolçu Ahmed Ahmedovla mövsümün sonunadək müqavilə imzalanıb. Bolqarıstanın ÇSKA (Sofiya) klubuna (2020-2021; 17 oyun, 1 qol) məxsus olan 25 yaşlı futbolçu icarə əsasında komandanın heyətində çıxış edəcək.

 

Ahmed Ahmedov Bolqarıstanın "Çernomorets” (2013-2014), "Neftoximik” (2014-2015; 18 oyun, 2 qol), "Pomorie” (2015-2018; 85 oyun, 25 qol), "Dunav Ruse” (2018-2020; 49 oyun, 14 qol) klublarında çıxış edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin