"Arena"da Etopazla qazanmaq şansı

Sportarena.az      13 Fevral 2021 , 00:12

Azərbaycanın yeganə mərc oyunları saytı ETOPAZ fevralın 15-dən yeni radiomüsabiqəyə start verir. Söhbət ETOPAZ-ın baş   sponsorluğu ilə 100.5 FM-də həftəiçi 5 gün yayımlanan "Arena" verilişindən gedir. Saat 12:00-13:00 arası efirə gedən radio-proqramda həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri yarışma keçiriləcək. 

 

Verilişin aparıcısı Rüfət Nadirlinin suallarını canlı yayımda düzgün cavablandıran şəxs qalib olacaq. Mükafat olaraq ETOPAZ qalib şəxsin adından "YAŞAT" Fonduna ianə köçürəcək.

 

Əlavə edək ki, ETOPAZ artıq dekabrın 26-dan "YAŞAT" Fonduna mütəmadi ianələr köçürür. VİP müştərilərin doğum günündə, habelə bayram və əlamətdar tarixlərdə onların adından "YAŞAT" Fonduna yardım edilir. Bu günədək ETOPAZ Fonda 10 min manatdan artıq vəsait köçürüb və bu nəcib kampaniya davam etməkdədir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin