Roberto Bordin millinin baş məşqçisi oldu

12:04 13 Fevral 2021

Futbol üzrə Moldova milli komandası yeni baş məşqçiyə həvalə olunub.

 

Sportarena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin çalışdıracaq.Bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. 
 

Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub. O, Azərbaycan klubundan ayrılandan bəri işsiz idi.


Digər xəbərlər

Xəbər xətti