Qurban Qurbanov: "Medina klub tərəfindən cəzalanacaq"

22:36 13 Fevral 2021

Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" oyunundan sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə 1:2 hesablı məğlubiyyəti şərh edtdi:

 

- Samir Abasovu təbrik edirəm. Yaxşı oyunla qalib gəldilər. Oyundan çox danışmağa ehtiyac yoxdu. Matçda digər məqamlar daha maraqlı idi. Oyunçulardan razı qaldım. Niyə? Çünki mən ikinci hissədə qırmızı vərəqəyə hazır idim. Əlbəttə, rəqib də çox azlıqda qaldı. Belə halda oyun nizam-intizamı pozuldu. İlk hissədə tam hazırlaşdığımız kimi oynayarıdıq. Əfsuslar olsun ki, düşünmədiyimiz anlar olur. Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Sözün düzü, hakim çox inamlı qərarlar verirdi. Bəzən hakimlər belə hallarda özlərini itirir, ancaq Elçin Məsiyev özünü itirmədi. Ona uğurlar arzulayıram. Bəlkə də hansısa epizodlarda yanlışlıq ola bilər, amma onun idarəçiliyindən razı qaldım. Bir həftə əvvəl hakimlər bizə seminar keçmişdi və eyni epizodlar bu oyunda baş verdi. Çempionat davam edir, belə oyunlar olur. Qarşıda daha maraqlı matçlar olacaq. Kubok oyunlarında mikrozədələr oldu və bəziləri tam hazır olmadılar. Hər iki komandaya uğurlar.

 

- Medinanın meydandan qovulması barədə nə deyə bilərsiz?
- O epizoda yenidən mütləq baxacağam. Klub tərəfindən cəzası olacaq. Çünki komanda yoldaşlarını belə vəziyyətdə qoydu. Təcrübəli oyunçudu, belə epizodlarda diqqətli olmaq lazımdı. Futboldu, bəzən özünü saxlaya bilmirsən. Ancaq belə oyunlarda özünü düzgün idarə etməyi bacarmalısan.

 

- Digər məsələlər daha maraqlıdı dediz. Futbolçuların oyuna köklənə bilməməsi, yoxsa hakimlikdən narazısız?
- Ətraflı danışdım. Hakimlər komitəsi 1 həftə əvvəl bizə seminar keçdi və məlumatlandırıcı videolar bu oyunda baş verdi. Bu baxımdan maraqlı oldu. Mən demədim ki, hakimdən narazıyam. Çox inamlı qərarlar verirdi. Mən ondan narazılıq bildirmədim.

 

- Sizcə, komandada futbolçuların sayı azdı?
- Zədələr, cəzalar olur. Heyətdən narazı deyiləm. Çempionatın sonuna kimi oynayacaq heyət var. Əsas heyət üçün bir neçə dəyişiklik olur. Ozobiç komanda ilə məşqlərə başlayacaq. Rahil yoxdu. Elvin Cəfərquliyev qayıdıb. Əlimizdə 20 futbolçu olur. Onlardan bəziləri məşqçi üçün əsas heyət sayılır. Yetərincə oyunçumuz var.

 

-  Maksim Medvedev əvvəlki kimi cinahda effektli deyil. Tural Bayramovun sol cinah müdafiəçisi mövqeyində çıxışı necədi?
- Maksim Medvedev kimi oyunçular da lazımdı. Elvin Cəfərquliyev və Tural Bayramov potensiallı uşaqlardı. Onlardan istifadə edəcəyik.


Digər xəbərlər

Xəbər xətti