Türkiyə çempionatı: "Trabzonspor" öz meydanında, "Fənərbaxça" səfərdə qələbə qazandı

23:41 13 Fevral 2021

Türkiyə Superliqasında 25-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, “Kayserispor” öz meydanında “Ankaragücü” ilə qolsuz bərabərə qalıb. Digər görüşdə “Trabzonspor” evdə “Qaziantep”a 1:0 hesabı ilə qalib gəlib.“Fənərbaxça” isə “Fatih Karagümrük”ün qonağı olub. İstanbul təmsilçisi 2:1 hesabı ilə qalib gələrək vahid lider olub.

 

Qeyd edək ki, "Fənərbaxça" hazırda 51 xalla 1-ci, "Qalatasaray" 48 xalla (23 oyun) 2-ci, "Beşiktaş" eyni xalla (23 oyun) 3-cü, "Trabzonspor" 45 xalla 4-cüdür.

 

“Kayserispor” – “Ankaragücü” – 0:0

 

“Trabzonspor” – “Qaziantep” – 1:0
Qol:Bakasetas, 67

 

“Fatih Karagümrük” – “Fənərbaxça” – 1:2
Qollar: Borini, 67 - Tiam, 19, Valensiya, 53


Xəbər xətti