"8 komandalı çempionat o deməkdir ki..." - Elxan Məmmədov

15:00 15 Fevral 2021

"Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda Azərbaycan Premyer Liqasının oyunlarını izlədim".

 

Sportarena.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

 

O bildirib ki, çempionatdakı hər xalın böyük əhəmiyyəti var: "8 komandalı çempionat həm də o deməkdir ki, heç bir komandaya arxayınlaşmaq olmaz, hər oyun mübarizədir, hər xalın böyük əhəmiyyəti var. Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir".


Xəbər xətti