“Şkendiya” - “Qəbələ” matçının vaxtı və yeri dəqiqləşdi

09:44 16 Fevral 2021

“Qəbələ”nin UEFA Gənclər Liqasının 1/32 final mərhələsində keçirəcəyi oyunun yeri və vaxtı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşması martın 4-də baş tutacaq.Matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Qarşılaşma Şimali Makedoniya Futbol Federasiyasının Skopyedəki Təlim-Məşq Mərkəzində keçiriləcək.

 

UEFA Gənclər Liqası
Çempionlar yolu
1/32 final
4 mart

 

16:30. “Şkendiya” – “Qəbələ”

Skopye. Şimali Makedoniya Futbol Federasiyasının Təlim-Məşq Mərkəzi.


Xəbər xətti