"Neftçi"nin yeni hücumçusu Bakıya gəldi

14:25 16 Fevral 2021

“Neftçi”nin Bolqarıstanın ÇSKA (Sofiya) klubundan icarəyə götürdüyü futbolçu Əhməd Əhmədov artıq Bakıdadır.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.Onun sözlərinə görə, bolqarıstanlı hücumçu sabah tibbi müayinədən keçəcək. Allahverdiyev bildirib ki, 26 yaşlı forvardın Premyer Liqanın XVI turunun "Qəbələ" ilə ev oyununda meydana çıxıb-çıxmayacağı onun fiziki durumundan asılı olacaq və son qərarı məşqçilər heyəti verəcək.

 

Qeyd edək ki, "Neftçi" milliyyətcə türk olan Əhməd Əhmədovla cari mövsümün sonunadək müqavilə imzalayıb. Futbolçu ilk dəfə legioner həyatı yaşayacaq. O, Bolqarıstanın "Çernomorets" (Burqas), "Burqas", "Pomorye" və "Dunav" (Ruse) komandalarının da formasını geyinib. Əhmədov 2020-ci ilin fevralından çıxış etdiyi ÇSKA-da 5 qol vurub.


Xəbər xətti