Həbib “Barselona”ya söz atdı - Klub cavab verdi

16:54 17 Fevral 2021

“Barselona” – PSJ (1:4) matçını izləyən UFC çempionu Həbib Nurməhəmmədov katalon klubuna söz atıb.

 

Sportarena.az xəbər verir ki, o, İnstaqram hesabında “Kamp Nou” stadionuna doğru. İrəli, PSJ. Hala Madrid” deyə paylaşım edib. 

 

“Real” azarkeşi olan Həbibin bu paylaşımını “Barselona” cavabsız qoymayıb. Klub rəsmi səhifəsi Nurməhəmmədova “sən əminsən? Dəyişmək heç vaxt gec deyil” cavabını verib.  



Xəbər xətti