I Divizion: "Zaqatala"dan böyükhesablı qələbə

18:35 17 Fevral 2021

Azərbaycan birinci divizionunda 13-cü turun oyunları keçirilir.
 

Sportarena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma olub.Lider “Turan Tovuz”un “Sumqayıt-2” ilə oyunu güclü qar səbəbindən yarımçıq dayandırılıb. Qarşılaşma sabah saat 12:30-da qaldığı yerdən davam etdiriləcək.
 

“Sabah”ın əvəzediciləri səfərdə “Qarabağ″ın ikinci komandasına, “Zaqatala” isə MOİK-ə qalib gəlib.Tura sabah keçiriləcək “Kəpəz” – “Qaradağ Lökbatan” matçıyla yekun vurulacaq.
 


17 fevral

Birinci divizion, 13-cü tur

"Qarabağ-2" – "Sabah-2" - 1:2
Qollar: Seyxan Fərəcov, 69 – Təbriz İsazadə, 89. Elşən Abdullayev, 90.
Hakimlər: Səbuhi Bayramov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Rauf Cabarov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).
 

MOİK – "Zaqatala" - 0:3
Qollar: Xəlil Bəşirov, 3. Xəqani Sadıxov, 7. Bəhruz Teymurov, 19.
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Binə qəsəbə stadionu. 


Digər xəbərlər

Xəbər xətti