“Qarabağ”ın “Sumqayıt”la 34-cü dueli

11:02 19 Fevral 2021

“Qarabağ”  Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq.
 

Sportarena.az xəbər verir ki, bu mövsüm komandalar çempionatda iki dəfə üz-üzə gəliblər.Mövsümün Sumqayıtda baş tutan ilk duelində məhsuldar heç-heçə qeydə alınıb – 2:2. Ağdam klubu “Azersun Arena”da rəqibini qəbul etdiyi görüşdə isə 6:1 hesablı qələbə qazanıb.

 
Bu qarşılaşma komandaların çempionatda 34-cü oyunu olacaq. Əvvəlki oyunların 24-də Ağdam klubu, 5-də Sumqayıt təmsilçisi qələbə qazanıb. 4 görüşdə isə heç-heçə qeydə alınıb. Top-fərqində də “Qarabağ” böyük fərqlə öndədir – 73-17.
 
Qeyd edək ki, fevralın 19-da Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək matçın start fiti saat 18:00-da səslənəcək.


Digər xəbərlər

Xəbər xətti