“Səbail” qələbə qazandı, “Qarabağ” xal itirdi - YENİLƏNİB

20:00 19 Fevral 2021

Bu gün Azərbaycan Premyer Liqasında XVI turun iki oyunu keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, günün ilk qarşılaşması Bayılda baş tutacaq. “ASCO Arena”da turnir cədvəlinin son pillələrində qərarlaşan “Səbail” və “Sabah” komandaları üz-üzə gələcək.

 

Ötən tur liderliyi əldən verən “Qarabağ” isə Sumqayıta səfər edəcək. Ağdam təmsilçisi  “Sumqayıt”ın qonağı olacaq. Turun “Keşlə” – “Zirə” və “Neftçi” – “Qəbələ” görüşü sabah keçiriləcək.  

 

 

Azərbaycan Premyer Liqası
XVI tur
19 fevral (cümə)

 

16:00 “Səbail” – “Sabah” 2:0
“ASCO Arena”. Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov.

18:00 “Sumqayıt” –“ Qarabağ” 0:0
“Sumqayıt Arena”. Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu.


Xəbər xətti