Elmar Baxşıyev texniki zonadan kənarlaşdırıldı

Sportarena.az      20 Fevral 2021 , 19:45

Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşan “Qəbələ” baş məşqçisiz qalıb.

 

Sportarena.az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçın 58-ci dəqiqəsində meydandan qovulub.

 

Buna 40 yaşlı mütəxəssisin matçın baş hakimi İnqilab Məmmədova kəskin şəkildə etiraz etməsi səbəb olub. Baxşıyev öncə sarı vərəqə ilə cəzalandırılıb. Buna baxmayaraq, o, etiraz etməyə davam edib. Nəticədə ikinci sarı vərəqəni görərək texniki zonadan qovulub.

 

Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin