"Neftçi" "Zirə"yə uduzdu, "Qarabağ" "Səbail"ə qalib gəldi - YENİLƏNİB

20:33 25 Fevral 2021

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun bütün matçları eyni gündə baş tutub.Tura Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edib.

 

Lider “Neftçi” üçüncü sırada yer alan "Zirə"nin qonağı olub. Autsayderlərin duelində "Keşlə" və "Sabah" komandaları üz-üzə gəlib. Tura "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulub.

 

Azərbaycan Premyer Liqası

17-ci tur

25 fevral

 

15:00. “Qəbələ” - “Sumqayıt”  1:0

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev.

Qəbələ şəhər stadionu.

 

16:00. “Zirə” – “Neftçi”  1:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.

Zirə İdman Kompleksinin stadionu.

 

17:30. “Sabah” – “Keşlə”  1:1

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev

Masazır. “Bank Respublika Arena”.

 

18:30. “Qarabağ” – “Səbail”  1:0

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov

Bakı. “Azersun Arena”.


Digər xəbərlər

Xəbər xətti