Futzal üzrə Azərbaycan yığması Moldovaya səfərdə də qalib gəldi - YENİLƏNİB

22:56 9 Mart 2021

Futzal üzrə milli komandamız bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, 3-cü qrupda yer alan yığması Moldova seçməsinin qonağı olub. Çoresku şəhərindəki "FMF Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayıb.

 

3 oyundan sonra Azərbaycan yığması 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun başçılıq etdiyi kollektiv bu gün qələbə qazanacağı halda final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Qrupda IV turun ilk matçında Yunanıstanı 5:0 hesabı ilə məğlub etmiş Slovakiya 7 xalla 2-ci pillədə yer alıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.

 

Avropa çempionatı
Seçmə mərhələ
3-cü qrup

 

20:30 Moldova - Azərbaycan  3:5
Hakimlər: Damian Qrabovski, Dominik Tsipinski (Polşa), Viktor Bugenko (Moldova).
Çoresku, "FMF Arena".


Digər xəbərlər

Xəbər xətti