“Qarabağ” inamlı qələbə, Qəbələdə heç-heçə - YENİLƏNİB

20:06 9 Mart 2021

Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub. 

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub. Öncə “Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. 
 

Turun mərkəzi və qapanış matçında isə “Zirə” ilə “Qarabağ” üz-üzə gəlib. Ağdam klubu bu oyundan inamlı qələbə ilə ayrılıb.

 

Azərbaycan Premyer Liqası

19-cu tur

9 mart

 

"Qəbələ" – "Səbail" 1:1
Qol: R.Utriq, 78 - A.Yunanov, 57.
Qırmızı vərəqə: R.Əhmədov, 88 (ikinci sarı) - R.Hacıyev, 66.

Qəbələ şəhər stadionu. Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov.

 

"Zirə" – "Qarabağ" 0:2
Qol: X.Romero, 3. P.Andrade, 32.

Zirə İdman Kompleksinin stadionu. Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu.


Digər xəbərlər

Xəbər xətti