Ramil Şeydayevə 4 oyunluq cəza

15:42 10 Mart 2021

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

“Qarabağ-2” – “Kəpəz” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

 

MOİK – “Keşlə-2” oyununda “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

 

“Zaqatala” – “Sumqayıt-2” matçının 67-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Aleksandr Şemonayev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. Oyunda topdaşıyan şəxslər təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunub.

 

“Sabah-2” – “Qaradağ Lökbatan” matçının 63-ci dəqiqəsində “Sabah”ın futbolçusu Ramil Şeydayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub. Oyunda “Qaradağ Lökbatan”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

 

“Turan Tovuz” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunub.


Xəbər xətti