Simeone “Atletiko”da rekorda imza atdı

16:33 11 Mart 2021

Futbol üzrə İspaniya La Liqasının 18-ci turundan təxirə salınmış “Atletik”lə oyun (2:1) “Atletiko”nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssis Madrid təmsilçisinin sükanı arxasında 309-cu qələbəsini qazanıb.

 

O, bu göstərici ilə klub tarixində yeni rekord müəyyənləşdirib. Simeone 309 qələbəni 514 oyunda əldə edib. Qalan oyunların 121-i heç-heçə bitibsə, 84-ü məğlubiyyətlə başa çatıb.

 

“Atletiko”nun əvvəlki rekordçusu Luis Araqones idi. O, bu komandanı çalışdırdığı dönəmdə 612 matçda 308 qələbə sevinci yaşamışdı.

 

Simeone 2011-ci ilin dekabrından “Atletiko”ya rəhbərlik edir. Onun rəhbərlik etdiyi kollektiv bu mövsüm La Liqada topladığı 62 xalla turnir cədvəlinin vahid lideridir.


Xəbər xətti