Benzema dubl etdi, "Real" qələbə qazandı - VİDEO

23:33 13 Mart 2021

"Real" La Liqada 27-ci tur oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Madrid klubu "Elçe"ni qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 57-yə yüksəldən Zinəddin Zidanın baş məşqçisi olduğu komanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Atletiko" 62 xalla (26 oyun) 1-ci, "Barselona" 56 xalla (26 oyun) 3-cüdür.

 

"Real" - "Elçe" - 2:1
Qollar: Kalvo, 61 (0:1), Benzema, 73 (1:1), 90+1 (2:1)

 

 


Xəbər xətti