Almaniya çempionatı: “Leypsiq” xal itkisi ilə üzləşdi - VİDEO

12:08 15 Mart 2021

Futbol üzrə Almaniya Bundesliqasında 25-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.Turnir cədvəlinin ikincisi olan “Leypsiq”in qonağı “Ayntraxt” (Frankfurt) olub. Bu oyunda qalib müəyyənləşməyib.

 

“Bayer” doğma meydanda “Arminiya”ya uduzub. “Ştutqart” isə “Hoffenhaym” üzərində inamlı qələbəyə sevinib.

 

Almaniya Bundesliqası

25-ci tur

 

Bayer – Arminiya 1:2

Qol: Şik, 85 – Doan, 18. Okuqava, 57.

 

Leypsiq – Ayntraxt 1:1

Qol: Forsberq, 46 – Kamada, 61.

 

Ştutqart – Hoffenhaym 2:0

Qol: A.Kasım, 15-öz qapısına. Kaladziç, 64.

 

 


Xəbər xətti