Namiq Ələsgərov yubiley qolunu vurdu

13:10 15 Mart 2021

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasında 30-cu qolunu vurub.

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubiley topu XX tura təsadüf edib. O, “Səbail”lə ev qarşılaşmasında (4:0) komandasının ilk qoluna imza atıb.

 

Ölkə çempionatında 2011/12 mövsümündə debüt edən Ələsgərov 157-ci oyununda 30-a çatıb. O, 4 klubun heyətində fərqlənib. “Neftçi”də 24 qola sevinən yarımmüdafiəçi “Kəpəz”də 3, “Bakı”da 2, “Qarabağ”da 1 dəfə rəqib qapısına yol tapıb.

 

Ələsgərov Azərbaycan çempionatları tarixinə 30 və daha çox qol vuran 93-cü futbolçu kimi düşüb. O, bu göstəricidə hərəyə 30 dəfə fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemona çatıb.

 

Qeyd edək ki, Namiq ilk qolunu 2013/14 mövsümündə “Bakı”nın heyətində vurub. O, 2014-cü il martın 29-da “Simurq”la ev oyununda (2:1) fərqlənib.


Digər xəbərlər

Xəbər xətti