“Neftçi” Hondaya görə PFL-ə müraciət etdi

12:43 16 Mart 2021

“Neftçi” klubu Keysuke Hondanın forma nömrəsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. 

 

Sportarena.az xəbər verir ki, bu barədə “Report”a PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib. O bildirib ki, paytaxt təmsilçisi 35 yaşlı yarımmüdafiəçini təqdim etməmişdən əvvəl qurumla əlaqə saxlayıb: "Klub bizə rəsmi müraciət etmişdi ki, braziliyalı futbolçusu Rener Alvesin 4 nömrəli forması Hondaya verilsin. Alvesə isə 49 nömrəli forma təqdim edilib. Bununla bağlı əsasnamədə bənd var ki, mövsümün gedişində klublar müraciət edəcəkləri təqdirdə, PFL futbolçuların nömrələrini dəyişdirə bilər. Premyer Liqada forma nömrələrinin kortəbii dəyişdirilməsi qadağandır. Rəsmi müraciətdən sonra PFL məsələni müsbət cavablandırıb".

 

Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi "ağ-qaralar"ın formasını geyinəcək.


Digər xəbərlər

Xəbər xətti