AFFA Divizion komandalarını da cəzalandırdı

15:00 16 Mart 2021

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

“Qaradağ Lökbatan” - “Zaqatala” oyununda “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

 

“Kəpəz” – “Neftçi-2” oyununda “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

 

“Keşlə-2” – “Qarabağ-2” oyununda “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Keşlə”nin futbolçusu Fərid Nadirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyun bitdikdən sonra “Keşlə”nin əvəzedicilərinin baş məşqçisi Rüstəm Əliyev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

“Sumqayıt-2” – MOİK oyununda MOİK-in futbolçusu Ramil Orucov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunda xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunub.

 

“Turan Tovuz” – “Sabah-2” oyununda 90+5-ci dəqiqədə “Sabah”ın futbolçusu Kamran Quliyev “qeyri etik ifadə”yə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub. 


Digər xəbərlər

Xəbər xətti