"Kimə necə deyəsən ki, gəl, kluba dəstək ol?" - AÇIQLAMA

13:01 17 Mart 2021

“Bizim hazırda bir sponsorumuz var, o da AFFA-dır”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Zaqatala” klubunun prezidenti Musa Qurbanov deyib. O, heç bir iş adamının klubu himayəyə götürmək istəmədiyini deyib:
 

“Biz adicə oyunlara mükafat təyin edəcək şəxs tapa bilmirik. AFFA-dan başqa heç kim Zaqatalada futbolun olması ilə maraqlanmır. Bütün güc federasiyanın üzərinə düşüb. Biz də əlimizdən nə gəlirsə, kluba kömək olmağa çalışırıq. İndiki vəziyyətdə kimə nə deyəsən, necə deyəsən ki, gəl, kluba dəstək ol? Açığı, rayonda elə bir iş da adamı yoxdur ki, klubu himayəsinə götürsün. Mən bunu futbolçuların özünə də söyləmişəm. Demişəm ki, siz elə bilməyin, biz boş dayanmışıq, çalışırıq, başqa sponsorları bura cəlb etmək istəyirik".
 

M.Qurbanov bildirib ki, bugünə kimi cəhdləri heç bir nəticə verməyib: "Rusiyada bir iş adamı var, zaqatalalıdır. Haqqında eşitmişdik və istədik ki, onda futbola maraq yaradaq, “Zaqatala”ya sponsorluq eləsin. O iş də alınmadı. Yəni, deməyim odur ki, AFFA-dan başqa bizə köməklik göstərən, yaxud belə bir niyyətdə olan başqası yoxdur” (sportinfo.az).


Digər xəbərlər

Xəbər xətti