Güləşçimiz Abubakr Abakarov erməniyə qalib gəldi

16:36 19 Mart 2021

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov (86 kq.) Avropa Olimpiya Təsnifat turnirində bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, o, bu gün Macarıstanın paytaxtı Budapeştdəki turnirdə təsəlliverici görüşə çıxıb. İdmançımız Ermənistan təmsilçisi Hovhannes Mxitaryanla görüşdə 8:5 hesabı ilə qələbə qazanıb. Abakarov üçüncü yer uğrunda görüşdə rəqibi Slovakiya pəhləvanı Boris Makoyevə rəqib olub.

 

Qeyd edək ki, sərbəst güləşçilərin medal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti