"Sumqayıt" üçün divizion klubu

22:59 19 Mart 2021

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt”  martın 21-də ilk yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, "kimyaçılar” 1-ci divizion təmsilçisi MOİK-lə üz-üzə gələcək. "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 14:00-da veriləcək.

 

"Sumqayıt” martın 28-də daha bir yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv "Sabah”la qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti