"Qarabağ" son 10 ilin ən yaxşıları arasında

11:21 23 Mart 2021

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 ilin ən yaxşı futbol klublarının siyahısını tərtib edib.

 

Sportarena.az xəbər verir ki, 2011-2020-ci ilin nəticələrini əhatə edən siyahıda 140 klub yer alıb.Azərbaycan bir klubla təmsil olunub."Qarabağ” dünyanın ən yaxşı klubları siyahısında 1149,5 xalla 98-ci pillədə qərarlaşıb.
 

Qeyd edək ki, ilk pillədə "Barselona” (2877) yer alıb. "Real” (2782) 2-ci, "Bavariya” (2594,5) 3-cüdür.


Digər xəbərlər

Xəbər xətti