Namiq Ələsgərov: "Yaxşı nəticə qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq"

23:01 23 Mart 2021

Azərbaycan yığmasının futbolçusu Namiq Ələskərov DÇ-2022-nin sabah Portuqaliya ilə keçiriləcək oyunu öncəsi fikirlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, o, rəqibin daha güclü olduğunu bildirib: “Portuqaliya futbol ölkəsidir. Heyətində top klubların formasını geyinən ulduz futbolçular var. Onlara qarşı oynamaq tək bizim üçün yox, bir çox komandalar üçün çətindir. Təqvimdən şikayətlənməyə əsasımız yoxdur. İstənilən halda, qrupumuzda yer alan bütün komandalara qarşı oynayacağıq”.

 

Ələskərovun fikrincə, Azərbaycan yığmasını çox çətin oyun gözləyir: “Komanda bir neçə gündür birlikdə hazırlıq keçir. Əlimizdən gələni edəcəyik ki, yaxşı mübarizə aparaq. Bizə dəstək olan, güvənən insanlar inansın ki, komanda olaraq yaxşı nəticə qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq”.


Digər xəbərlər

Xəbər xətti