Qətər - Azərbaycan matçının hakimləri açıqlandı

15:00 24 Mart 2021

Azərbaycan millisinin Qətər yığması ilə yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.İvan Krujlyak matçın baş hakimi olacaq. Ona yan xətt hakimləri Tomaş Somolani və Branislav Hançko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.
 

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

Xatırladaq ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı DÇ-2022-nin seçmə mərhələsinin A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır. 


Digər xəbərlər

Xəbər xətti