"Neftçi" qalib gəldi, Honda ilk qolunu vurdu

20:20 24 Mart 2021

Premyer Liqada yaranan fasilədən istifadə edən "Neftçi" bu gün yoxlama oyunu keçirib.
 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar" öz meydanında U-21 millimizlə qarşılaşıb. Görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:1. Paytaxt təmsilçisinin yeni transferi Keysuke Honda komandada ilk qolunu vurub. O, penaltidən fərqlənib. "Neftçi"nin digər qollarını Mirabdulla Abbasov və Sabir Buqrin vurub. Buqrinə qol ötürməsini də Honda verib. U-21 millimizin yeganə qolunu isə Musa Qurbanlı "Neftçi"nin qapısından keçirib. O, penaltini dəqiq yerinə yetirə yetirib.
 

Qeyd edək ki, U-21 yığması bundan əvvəl keçirdiyi yoxlama görüşündə "Qarabağ"a 4:2 hesabı ilə qalib gəlib.


Xəbər xətti