Norveç - Türkiyə matçının hakimləri müəyyənləşdi

17:31 25 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsinin G qrupunun 2-ci turunda keçiriləcək Norveç - Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, matçı İspaniya Futbol Federasiyasından Alexandro Hernandez idarə edəcək. Ona Teodoro Sobrino Maqan və Raul Kabanero Martinez köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Joze Luis Munuera Montero yerinə yetirəcək.

 

Qeyd edək ki, martın 27-i keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 


Xəbər xətti