DÇ-2022-nin oyununu qadın hakim idarə edəcək

13:35 26 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsində Niderland - Latviya oyununu qadın baş hakim idarə edəcək.

 

Sportarena.az xəbər verir ki, görüş fransalı qadın referi Stefani Frappara tapşırılıb. Qarşılaşma martın 27-də Amsterdamdakı "Yohan Kruiff Arena"da təşkil olunacaq. G qrupunda ilk turun oyunlarında Niderland Türkiyəyə 2:4, Latviya isə Monteneqroya 1:2 hesabı ilə uduzub.

 

Qeyd edək ki, 37 yaşlı Frappar karyerasında ilk dəfə kişilər arasındakı dünya çempionatının seçmə oyununda iş başında olacaq. O, Fransa Liqa 1, UEFA Super Kuboku və Çempionlar Liqasında oyun idarə etmiş ilk qadın baş hakimdir.  


Xəbər xətti