Albaniya - İngiltərə matçı ləğv oluna bilər

15:05 26 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsində keçirilməsi nəzərdə tutulan Albaniya – İngiltərə oyunu ləğv oluna bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Albaniya Futbol Assosiasiyası (AFA) rəsmi saytı məlumat yayıb. Yerli polisin təhlükəsizlik tədbirlərinə zəmanət vermədiyi üçün qarşılaşma baş tutmaya bilər. AFA-nın açıqlamasında bildirilib ki, görüşün ləğvi ölkənin, millinin imici və ümumiyyətlə, Albaniya futbolu üçün fəlakətli nəticələrə səbəb ola bilər”.

 

Qeyd edək ki, Albaniya – İngiltərə görüşü martın 28-də keçirilməlidir.


Digər xəbərlər

Xəbər xətti