“Borussiya”nın futbolçusu əməliyyat olunacaq

17:39 26 Mart 2021

Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Dan-Aksel Zaqadu uzun müddətə sıradan çıxıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Xəbərdə dizindəki zədədən əziyyət çəkən 21 yaşlı futbolçunun buna görə əməliyyat olunacağı diqqətə çatdırılıb. Müdafiəçi bu səbəbdən mövsümün geridə qalan hissəsində komandasına kömək edə bilməyəcək.

 

PSJ-nin yetirməsi olan Zaqadu 2017-ci ildən “Borussiya”nın uğurları üçün çalışır. Fransz futbolçu bu mövsüm Bundesliqada 9 oyuna çıxıb.  


Digər xəbərlər

Xəbər xətti