DÇ-2022: İspaniya və İtaliya qalib gəldi, Ukrayna heç-heçə etdi

09:00 29 Mart 2021

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 2-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə B, C, D, F, I və J qrupları üzrə daha 15 qarşılaşma baş tutub. B qrupunda lider İsveç yığması hələ matça çıxmayan Kosovonun qonağı olub və darmadağına sevinib. Daha bir qarşılaşma ilk turu məğlubiyyətlə başa vurmuş Gürcüstan və öz meydanında Yunanıstanla heç-heçə etmiş İspaniya milliləri arasında keçirilib. Hesabı gürcülərin açdığı oyunda ispanlar çətin və əzmkar qələbəyə seviniblər.

 

C qrupunun liderlərindən olan İsveçrə yığması hələ oyun keçirməyən Litvanı qəbul edibsə, İtaliya xalsız Bolqarıstanın qonağı olub. İtalyanlar inamlı qələbə qazandıqları halda, İsveçrə minimal hesabla üstün olub.

 

D qrupunda ilk turu heç-heçə ilə başa vurmuş Ukrayna və Finlandiya qarşılaşıb. Tərəflər bu oyundan da 1 xalla ayrılıblar. Qazaxıstan isə debütdə son dünya çempionu Fransanı qəbul edib. Fransızlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

 

F qrupunda lider Danimarka Moldovanı, xalsız İsrail Şotlandiyanı sınağa çəkib. İsraildə heç-heçə qeydə alınıbsa, Danimarka yığması 8 cavabsız qolla üstün olub. Daha bir görüş ilk turu heç-heçə ilə başa vurmuş Avstriya və Farer adaları yığmaları arasında olub. Avstriya yığması rəqibini məğlub yola salıb.

 

I qrupunda ilk turu qələbə ilə başa vurmuş Albaniya və İngiltərə yığmaları qarşılaşıb. İngilislərin inamlı qələbəyə sevindiyi gündə Polşa Andorranı, Macarıstan da San Marinonu darmadağın edib.

 

Nəhayət, J qrupunda ilk turdan qalib ayrılmış Rumıniya və Almaniya yığmaları üz-üzə gəlib. Almanlar bu oyunda minimal hesabla üstün olublar. Həmçinin, Ermənistan İslandiyanı, Şimali Makedoniya Lixtenşteyni məğlub yola salıb.

 

DÇ-2022-nin seçmə mərhələsi

B qrupu

 

Gürcüstan – İspaniya 1:2

Qol: Kvaratsxeliya, 44 – Torres, 56. Olmo, 90+2.

 

Kosovo – İsveç 0:3

Qol: Auqustinsson, 12. İsak, 35. Larsson, 70-pen.

 

İsveç – 6, İspaniya – 4, Yunanıstan – 1, Kosovo – 0, Gürcüstan – 0

 

C qrupu

 

Bolqarıstan – İtaliya 0:2

Qol: Belotti, 43-pen. Lokatelli, 83.

 

İsveçrə – Litva 1:0

Qol: Şakiri, 2.

 

İsveçrə – 6, İtaliya – 6, Litva – 0, Bolqarıstan – 0, Şimali İrlandiya – 0

 

D qrupu

 

Qazaxıstan – Fransa 0:2

Qol: Dembele, 19. Malıy, 44-öz qapısına.

 

Ukrayna – Finlandiya 1:1

Qol: Moraeş, 80 – Pukki, 89-pen.

 

Fransa – 4, Finlandiya – 2, Ukrayna – 2, Bosniya və Herseqovina – 1, Qazaxıstan – 0

 

F qrupu

 

Danimarka – Moldova 8:0

Qol: Dolberq, 19-pen; 48. Damsqaard, 22; 29. Larsen, 35. Yensen, 39. Skov, 81. İnqvartsen, 89.

 

İsrail – Şotlandiya 1:1

Qol: Perets, 44 – Freyzer, 56.

 

Avstriya – Farer adaları 3:1

Qol: Draqoviç, 30. Baumqartner, 37. Kaladziç, 44 – Nattestad, 19.

 

Danimarka – 6, Avstriya – 4, Şotlandiya – 2, Farer adaları – 1, Moldova – 1, İsrail – 1.

 

I qrupu

 

Albaniya – İngiltərə 0:2

Qol: Keyn, 39. Mount, 63.

 

Polşa – Andorra 3:0

Qol: Levandovski, 30; 55. Sviderski, 88.

 

San Marino – Macarıstan 0:3

Qol: A.Salai, 13-pen. R.Sallai, 71. Nikoliks, 88-pen.

 

İngiltərə – 6, Polşa – 4, Macarıstan – 4, Albaniya – 3, Andorra – 0, San Marino – 0

 

J qrupu

 

Ermənistan – İslandiya 2:0

Qol: Barseqyan, 53. Bayramyan, 74.

 

Rumıniya – Almaniya 0:1

Qol: Qnabri, 17.

 

Şimali Makedoniya – Lixtenşteyn 5:0

Qol: Bardi, 7. Traykovski, 51; 54. Elmas, 62. Nestorovski, 82-pen

 

Almaniya – 6, Ermənistan – 6, Şimali Makedoniya – 3, Rumıniya – 3, Lixtenşteyn – 0, İslandiya – 0. 


Digər xəbərlər

Xəbər xətti