"Qarabağ"a keçəndən sonra milliyə çağırıldım" - AÇIQLAMA

10:52 29 Mart 2021

"Bundan əvvəl Kabo-Verde yığmasında yoldaşlıq matçında meydana çıxmışdım. Ancaq Kamerunla görüşdə ilk dəfə milli formada rəsmi oyun keçirdim".

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında deyib.

 

Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kameruna qalib gəldikləri (3:1) görüşdə 71 dəqiqə meydanda olan 28 yaşlı yarımmüdafiəçi rəsmi debütündə qələbə qazandıqları üçün çox sevindiyini söyləyib: "Küləkli hava şəraitində keçən matç çox çətin alındı. Oyunun gedişində məğlub duruma düşsək də, vəziyyəti dəyişdik və əzmkar qələbə qazandıq. Yığmaya dəvət almağım məni çox sevindirir".

 

Andradenin sözlərinə görə, "Qarabağ"da oynamağının milliyə çağırılmasında böyük təsiri olub: "Mən bu komandaya keçəndən sonra milliyə çağırıldım. Ümid edirəm ki, "Qarabağ"da uğurlu çıxış etməyə davam edəcəyəm və milliyə müntəzəm dəvət alacağam. İndi bizi Mozambiklə çətin oyun gözləyir. Bu oyunda da müsbət nəticəyə köklənmişik". 


Xəbər xətti