AFFA “Qarabağ” və “Neftçi”nin şikayətini təmin etdi

Sportarena.az      1 Aprel 2021 , 10:19

AFFA Apellyasiya Arbitraj Tribunalı “Neftçi” və “Qarabağ”ın şikayətinə baxıb.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin şikayəti tam, paytaxt klubunun şikayəti isə qismət təmin edilib.

 

“Qarabağ” İntizam Komitəsinin (İK) fevralın 23-də kluba təyin etdiyi 3000 manat cərimədən azad olunub. Son ölkə çempionu fevralın 19-da "Sumqayıt"la qolsuz başa çatan 16-cı tur oyununda serbiyalı yarımmüdafiəçisi Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün cərimələnmişdi. Kluba bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib.

 

"Neftçi"nin martın 3-də "Sabah"la 17-ci tur matçı zamanı 8-ci km stadionunda işıqlar söndüyü üçün kluba tətbiq edilən cərimənin məbləği azaldılıb. Cərimə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 manatdan 1000 manata endirilib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin