“Yuventus”un daha bir futbolçusu koronavirusa yoluxdu

13:13 2 Aprel 2021

İtaliyanın “Yuventus” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Leonardo Bonuççinin COVİD-19 testi pozitiv çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı müdafiəçidə İtaliya yığmasından qayıtdıqdan sonra infeksiya aşkarlanıb. O, dərhal karantinə alınıb.

 

Qeyd edək ki, daha əvvəl “Yuventus"da türkiyəli futbolçu Merih Demiralın da koronavirus testi müsbət çıxıb. 


Digər xəbərlər

Xəbər xətti