İngiltərə Premyer Liqası: “Liverpul” “Arsenal”ı darmadağın etdi, "Mançester Siti" qələbə qazandı

11:11 4 Aprel 2021

Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Açılış matçında “Çelsi” doğma meydanda autsayder “Vest Bromviç”i qəbul edib. “Zadəganlar” Tomas Tuxelin gəlişindən bəri ilk dəfə məğlubiyyətlə üzləşiblər. Lider “Mançester Siti” bu turda çətin “Lester” səfərinə yollanıb və inamlı qələbəyə sevinib.

 

Turun mərkəzi görüşü Londonda keçirilib. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Arsenal” və “Liverpul” komandaları üz-üzə gəlib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.

 

 

İngiltərə Premyer Liqası

30-cu tur

 

Çelsi – Vest Bromviç 2:5

Qol: Pulişiç, 27. Mount, 71 – M.Pereyra, 45+2; 45+4. Robinson, 63; 90+1. Diaqne, 68.

 

Lids – Şeffild Yunayted 2:1

Qol: Harrison, 12. Jaqielka, 49-öz qapısına – Osborn, 45+2.

 

Lester – Mançester Siti 0:2

Qol: B.Mendi, 58. Q.Jezus, 74.

 

Arsenal – Liverpul 0:3

Qol: Jota, 64; 82. Salah, 68. 


Xəbər xətti