Almaniya Bundesliqası: Autsayder səfərdə 3 xala sevinib

12:09 24 Aprel 2021

Futbol üzrə Almaniya Bundesliqasında 31-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında elitada qalmaq uğrunda mübarizə aparan “Köln” səfərdə “Auqsburq”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda “keçilər” vacib qələbə qazanıblar.

 

Bu tur keçirilməli olan “Şalke” – “Herta” matçı təxirə salınıb.

 

 

Almaniya Bundesliqası

31-ci tur

 

Auqsburq – Köln 2:3

Qol: Qumni, 54. Varqas, 62 – Duda, 8; 33. Kaynts, 23.


Digər xəbərlər

Xəbər xətti