“Milan” İbrahimoviçlə müqaviləni uzatdı

13:23 24 Aprel 2021

İtaliyanın “Milan” futbol klubu isveçli hücumçu Zlatan İbrahimoviçlə müqaviləsini uzadıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bildirib. 39 yaşlı oyunçu ilə yeni müqavilə bir mövsüm üçün bağlanıb. İbrahimoviç “Milan”da 2020-ci ildən çıxış edir, buna qədər o, komandanı 2010-2012-ci illərdə təmsil edib.

 

Cari mövsümdə isveçli 25 matçda iştirak edib, 17 qol vurub və üç nəticəli ötürmə edib.


Xəbər xətti