Kubokun final matçı azarkeşsiz olacaq

02:00 25 Aprel 2021

Futbol üzrə Almaniya kubokunun final matçı azarkeşsiz keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Mayın 13-də, Berlin Olimpiya stadionunda keçiriləcək qarşılaşma Berlində koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərə görə azarkeşsiz olacaq.

 

Qeyd edək ki, Almaniya kubokunda yarımfinal mərhələsinin görüşləri aprelin 30 və mayın 1-də keçiriləcək. “Leyptsiq” “Verder”lə, Dortmund “Borussiya”sı isə “Holştayn Kil”lə qarşılaşacaq.  


Digər xəbərlər

Xəbər xətti