Azərbaycan Olimpiya oyunlarına 20-ci lisenziyanı qazandı

11:34 26 Aprel 2021

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalında Almaniya sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlməklə buna nail olub. Bu, Azərbaycanın ümumilikdə 20-ci olimpiya lisenziyası olub.

 

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti