“Bavariya”nın yeni baş məşqçisi müəyyənləşdi

13:00 27 Aprel 2021

"Bavariya" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
 

Sportarena.az xəbər verir ki, "Leyptsiq"in çalışdırıcısı Yulian Naqelsmann karyerasını Münhen təmsilçisində davam etdirəcək. O, iyulun 1-dən yeni klubunda işinə başlayacaq. 33 yaşlı mütəxəssislə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb. Beləliklə, Naqelsmann "Bavariya" tarixində ən gənc məşqçi olacaq.
 

Qeyd edək ki, Münhen təmsilçisini bu mövsümün sonuna kimi hazırkı baş məşqçisi Hans-Diter Flik çalışdıracaq.


Digər xəbərlər

Xəbər xətti